Biraz hardware

Salam, ümid edirəm ki, bu yazını oxuduqdan sonra rack, server, patch panel, patch cord, ups, switch, firewall-ın necə göründüyü haqqında bir fikir sahibi olacaqsınız.

Gəlin ilkin olaraq "rack"-lərdən başlayaq. Rack-lər öz içində server, switch, firewall və s. hardware cihazları saxlaya bilən bloklardır. "Rack mountable" olan hər bir cihazı rack-lərə yerləşdirə bilərsiniz. Rack-lər ölçüsünə görə müxtəlif olurlar. Bəziləri divarda asılacaq ölçüdə, bəziləri isə 2m-dən hündür ola bilərlər. Nümunə rack görüntülərini təqdim edirəm:

divarda asıla biləcək ölçüdə olan rack (içində avadanlıqlarla)
Uzun rack nümunə 1 (içində avadanlıqlarla)
Rack-lər nümunə 3 (içində avadanlıqlarla)

Switch, Patch panel və patch cord bu cür görsənirlər:

Switch-ə WAN-dan gələn optik internet xəttlərini, NVR (network video recorder) və başqa cihazların gəldiyini görürük. Switch isə patch panel vasitəsi ilə LAN ilə interneti əlaqələndirib.

switch və patch panel
duplex fiber patch cord

Firewall-lar yalnız windows-da gördüyünüz firewall-dan ibarət deyillər. Həmçinin hardware firewall-lar da mövcuddur. Məhşur 2 firewall markasını misal gətirəcəm:

Firewall palo alto, 5260 series
Firewall fortigate 1800F

Bütün bu cihazların fasiləsiz işləməsini təmin etmək üçün elektrik kəsilsə belə cihazları enerji ilə qidalandırmaq lazımdır. Buna görə UPS-lər işlədilir. UPS-lər öz gücünə müvafiq olaraq cihazları müəyyən müddət işlək vəziyyətdə saxlamağa kifayət edirlər.

rackmount ups

Server nədir? Server, client adlandırılan digər cihazlara və ya proqramlara funksionallıq yarada bilən bir hardware və ya software təminatıdır.

Hardware server dedikdə rack-lərin içinə quraşdırıla biləcək ölçüdə dizayn olunan dəmir server avadanlıqlar başa düşülür. Serverləri uzun müddət dayanmadan işləmək üçün dizayn olunmuş güclü komputerlər kimi təsəvvür edə bilərsiniz. 2 ədəd nümunə server şəkli əlavə edirəm.

HP proliant DL380 markalı server (ön, arxa)
PowerEdge R840 Rack Server (ön)

Aşağıdakı linkə keçid edərək, Google Data Center-də 360 view ilə gəzə bilərsiniz.

https://www.youtube.com/watch?v=zDAYZU4A3w0

Last updated

Was this helpful?